7 Kasım 2013 Perşembe

Son rübün smartfon bazarının yekunları açıqlanıb

ABŞ-ın smartfon bazarında lider hazırda payı 40 faizi ötən "Apple" şirkətidir. Lakin son 3 ayda Cənubi Koreyanın "Samsung" şirkəti liderlə müqayisədə daha yüksək artım tempi nümayiş etdirib. Nəhəng istehsalçılar beşliyində yer alan "HTC", "Motorola" və "LG" şirkətlərinin artım tempində, əksinə, azalma qeydə alınıb.  

Bundan başqa, mobil əməliyyat sistemləri bazarında liderlik "Google Android" sisteminə məxsusdur. İkinci yerdə "iOS" əməliyyat sisteminin sahibi "Apple" qərarlaşıb. Hazırda "iOS" bazarda payını artırdığı halda "Android" itirir.

Yuxarıda göstərilən məlumatlar "comScore" analitik şirkəti tərəfindən smartfonlar bazarında aparılan yeni tədqiqatın nəticələridir. Şirkətin açıqladığı məlumatda o da qeyd olunur ki, cari ilin sentyabrına olan vəziyyətə görə, 147,9 milyon amerikalı smartfon sahibidir. Bu, iyun göstəricisi ilə müqayisədə 4,5 faiz çoxdur.   

Hiç yorum yok:

Yorum Gönder