5 Kasım 2013 Salı

Nokia və Samsung dil tapdılar

Finlandiyanın Nokia şirkəti Cənubi Koreyanın Samsung Electronics korporasiyasının onunla əvvəllər patent lisenziyasına dair imzaladığı sazişin müddətinin daha 5 il uzadılmasını elan edib. Yenilənən və müddəti uzadılmış sazişə əsasən, şirkətlər 1 yanvar 2014-cü ildən yeni şərtlərlə fəaliyyətə başlayacaq. Nokia Cənubi Koreya istehsalçısından mobil rabitə texnologiyaları ilə bağlı patentlərindən istifadə üçün əlavə kompensasiyalar alacaq.
 
Bundan başqa, bildirilir ki, Nokia və Samsung şirkətləri sazişin maliyyə və digər şərtlərini açıqlamır.
 
Xatırladaq ki, Nokia smartfon biznesini Microsoft korporasiyasına satsa da, şirkət bütün patentləri üzrə hüququ özündə saxlayır.

Hiç yorum yok:

Yorum Gönder