Milyonlarla oyunsevərin yolunu gözlədiği "Sony"nin yeni oyun konsolu "PlayStation 4"ün satış qiyməti məlum olub
"Playstation 4" satışa çıxarılıb. ANS PRESS-in məlumatına görə, milyonlarla oyunsevərin yolunu gözlədiği "Sony"nin yeni oyun konsolu "PlayStation 4"ün satış qiyməti məlum olub. Belə ki, şirkətin yaydığı məlumata görə konsolun satış qiyməti təxminən 500-550 manat civarında olacaq. Əsas olaraq qara tonlardan istifadə edilən konsolun ölçüləri 275 x 53 x 305 mm olaraq təyin olunub.
Konsolda 8 nüvəli "AMD prosessor" və "1.84TFLOPS" əməliyyat gücünə sahib yeni nəsil "Radeon qrafik" əlavə olunub. Cihaz "8GB GDDR5" yaddaş, 2 "USB 3.0" girişi, "HDMI" və optik çıxış, eləcədə 1 "AUX "girişi və "500GB HDD"yə sahibdir.
Hiç yorum yok:
Yorum Gönder