İstifadəçilərinin sayı 42 milyondan artıq olan "Facebook" internet saytının qiyməti 10 milyard dollara yüksəlib.
Saytın qiymətindəki artıma səbəb "Microsoft" şirkətinin rəhbəri Bil Qeysin onu almaq istəməsi olub.
Sayt rəhbəri ona edilən təklifdən imtina etdikdən sonra qiymətlər fantastik həddə çatıb.
Saytın 5 faizinə sahib olmağın qarşılığında B.Qeys 500 milyon dollar verməyə hazır olduğunu bəyanladıqdan sonra qiymətlərin 10 milyard dollara yüksəldiyi bildirilir. Məlumat üçün deyək ki, sözügedən sayt 2004-cü ildə 19 yaşlı tələbə Mark Zukernberq tərəfindən yaradılıb.
Hiç yorum yok:
Yorum Gönder