9 Kasım 2013 Cumartesi

Robot ilanın yeni versiyası hazırlandı

Robot ilanın uzunluğu 1.5 metrdən çoxdur və o həm suda, həm də quruda asanlıqla hərəkət edir.

Tokioda beynəlxalq sərgidə robot ilanın yeni versiyası təqdim edilib. ANS PRESS-in "ICTnews" saytına istinadən verdiyi məlumata görə, robot ilanın uzunluğu 1.5 metrdən çoxdur. Robot-ilan həm suda, həm də quruda asanlıqla hərəkət edir. O, axtarış əməliyyatları üçün nəzərdə tutulub.

Qeyd edək ki, sərgidə robot texnikası sahəsində ən yeni həllər Tokioda keçirilən "IREX 2013" beynəlxalq sərgisində təqdim edilib. Eksponatlar arasında robot-bələdçi, dırnaqları rəngləyə bilən robot və uzanmış xəstələrin yerlərinin dəyişdirilməsində tibb işçilərinə kömək edən ekzoskelet kimi yeniliklər də olub.

Hiç yorum yok:

Yorum Gönder