“RİA Novosti”nin verdiyi məlumata görə, “Forbes” jurnalının reytinqində yer alan iş adamlarının əksəriyyəti texnoloji sektoru təmsil edir.
Bill Geyts iki illik fasilədən sonra dünyanın ən varlı adamı statusunu meksikalı maqnat Karlos Slimdən geri alıb. Onun varidatı 72 mlrd. dollar, “Google” internet nəhənginin baniləri Larri Peyc və Sergey Brinin sərvəti isə 24,9 və 24,4 mlrd. dollar həcmində qiymətləndirilib. İlk üçlüyü “Facebook”un rəhbəri Mark Tsukerberq tamamlayır - 19 mlrd. dollar.
12 ildir Nyu-York meri vəzifəsini tutan Maykl Blumberqin varidatı 31 mlrd. dollar, “Oracle”nin rəhbəri Larri Ellisonun sərvəti 41 mlrd. dollar təşkil edir. Sonrakı yerlərdə nigeriyalı milyarder Aliko Danqot (16,1 mlrd. dollar), “Softbank” internet şirkətinin rəhbəri Masayoşi San (9,1 mlrd. dollar), “Tesla Motors”un rəhbəri Elon Mask (6,7 mlrd. dollar), Tayvanın “Hon Hai Precision” şirkətinin başçısı Terri Qu (4,8 mlrd. dollar), britaniyalı milyarder Məhəmməd İbrahim (1,1 mlrd. dollar) gəlir.
Hiç yorum yok:
Yorum Gönder