Milyonlarla oyunsevərin yolunu gözlədiği "Sony"nin yeni oyun konsolu "PlayStation 4"ün satış qiyməti məlum olub
"Playstation 4" satışa çıxarılıb. ANS PRESS-in məlumatına görə, milyonlarla oyunsevərin yolunu gözlədiği "Sony"nin yeni oyun konsolu "PlayStation 4"ün satış qiyməti məlum olub. Belə ki, şirkətin yaydığı məlumata görə konsolun satış qiyməti təxminən 500-550 manat civarında olacaq. Əsas olaraq qara tonlardan istifadə edilən konsolun ölçüləri 275 x 53 x 305 mm olaraq təyin olunub.
Konsolda 8 nüvəli "AMD prosessor" və "1.84TFLOPS" əməliyyat gücünə sahib yeni nəsil "Radeon qrafik" əlavə olunub. Cihaz "8GB GDDR5" yaddaş, 2 "USB 3.0" girişi, "HDMI" və optik çıxış, eləcədə 1 "AUX "girişi və "500GB HDD"yə sahibdir.
Texnologiya Azərbaycan - Texnoloji yeniliklər, xəbərlər, məlumatlar.
9 Kasım 2013 Cumartesi
Robot ilanın yeni versiyası hazırlandı
Robot ilanın uzunluğu 1.5 metrdən çoxdur və o həm suda, həm də quruda asanlıqla hərəkət edir.
Tokioda beynəlxalq sərgidə robot ilanın yeni versiyası təqdim edilib. ANS PRESS-in "ICTnews" saytına istinadən verdiyi məlumata görə, robot ilanın uzunluğu 1.5 metrdən çoxdur. Robot-ilan həm suda, həm də quruda asanlıqla hərəkət edir. O, axtarış əməliyyatları üçün nəzərdə tutulub.

Qeyd edək ki, sərgidə robot texnikası sahəsində ən yeni həllər Tokioda keçirilən "IREX 2013" beynəlxalq sərgisində təqdim edilib. Eksponatlar arasında robot-bələdçi, dırnaqları rəngləyə bilən robot və uzanmış xəstələrin yerlərinin dəyişdirilməsində tibb işçilərinə kömək edən ekzoskelet kimi yeniliklər də olub.
8 Kasım 2013 Cuma
"Microsoft" və "Facebook"u nə birləşdirir?
"Facebook" və "Microsoft" şirkətlərinin birgə təsis etdikləri "Internet Bug Bounty" fondu "OpenSSL", "PHP", "Apache" və başqa populyar məhsul və texnologiyalarda son dərəcə təhlükəli boşluqları aşkar edən İT mütəxəssislərinə 5000 dollara qədər pul ödəyəcək.
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Internet Bug Bounty" fondu çərçivəsində ödənişlərin məbləği "sındırılmış" platformadan asılı olaraq dəyişir. "Apache" veb-serverində aşkar edilmiş boşluq 500 dollar qazanmağa icazə verir, halbuki ümumi sistem boşluğu artıq 5000 dollara iddia edir.
Xatırladaq ki, həm "Facebook", həm də "Microsoft" boşluqlar üçün şəxsi mükafat proqramına malikdirlər.

7 Kasım 2013 Perşembe
700 km/sürət yığa bilən uçan avtomobil (VİDEO)
20 il bu layihə üzərində işləyən mühəndis bir neçə dəyişiklikdən sonra icad etdiyi avtomobilin kütləvi istehsalına başlayacağını deyib
Mühəndis Stefan Kleinin "Aeromobil" adını verdiyi uçan avtomobil hazırlayıb. quruda təxminən 500 km, hava da isə 700 km/saat sürət yığa bilən nəqliyyat vasitəsi qeyri-adi dizaynı ilə seçilir. Uçan avtomobil 100 at gücünə malikdir. 20 il bu layihə üzərində işləyən mühəndis bir neçə dəyişiklikdən sonra icad etdiyi avtomobilin kütləvi istehsalına başlayacağını deyib.

Son rübün smartfon bazarının yekunları açıqlanıb
ABŞ-ın smartfon bazarında lider hazırda payı 40 faizi ötən "Apple" şirkətidir. Lakin son 3 ayda Cənubi Koreyanın "Samsung" şirkəti liderlə müqayisədə daha yüksək artım tempi nümayiş etdirib. Nəhəng istehsalçılar beşliyində yer alan "HTC", "Motorola" və "LG" şirkətlərinin artım tempində, əksinə, azalma qeydə alınıb.
Bundan başqa, mobil əməliyyat sistemləri bazarında liderlik "Google Android" sisteminə məxsusdur. İkinci yerdə "iOS" əməliyyat sisteminin sahibi "Apple" qərarlaşıb. Hazırda "iOS" bazarda payını artırdığı halda "Android" itirir.
Yuxarıda göstərilən məlumatlar "comScore" analitik şirkəti tərəfindən smartfonlar bazarında aparılan yeni tədqiqatın nəticələridir. Şirkətin açıqladığı məlumatda o da qeyd olunur ki, cari ilin sentyabrına olan vəziyyətə görə, 147,9 milyon amerikalı smartfon sahibidir. Bu, iyun göstəricisi ilə müqayisədə 4,5 faiz çoxdur.

5 Kasım 2013 Salı
Nokia və Samsung dil tapdılar
Finlandiyanın Nokia şirkəti Cənubi Koreyanın Samsung Electronics korporasiyasının onunla əvvəllər patent lisenziyasına dair imzaladığı sazişin müddətinin daha 5 il uzadılmasını elan edib. Yenilənən və müddəti uzadılmış sazişə əsasən, şirkətlər 1 yanvar 2014-cü ildən yeni şərtlərlə fəaliyyətə başlayacaq. Nokia Cənubi Koreya istehsalçısından mobil rabitə texnologiyaları ilə bağlı patentlərindən istifadə üçün əlavə kompensasiyalar alacaq.
Bundan başqa, bildirilir ki, Nokia və Samsung şirkətləri sazişin maliyyə və digər şərtlərini açıqlamır.
Xatırladaq ki, Nokia smartfon biznesini Microsoft korporasiyasına satsa da, şirkət bütün patentləri üzrə hüququ özündə saxlayır.
Bil Geyts Yenə də Dünyanın ən Varlı Adamıdır
“RİA Novosti”nin verdiyi məlumata görə, “Forbes” jurnalının reytinqində yer alan iş adamlarının əksəriyyəti texnoloji sektoru təmsil edir.
Bill Geyts iki illik fasilədən sonra dünyanın ən varlı adamı statusunu meksikalı maqnat Karlos Slimdən geri alıb. Onun varidatı 72 mlrd. dollar, “Google” internet nəhənginin baniləri Larri Peyc və Sergey Brinin sərvəti isə 24,9 və 24,4 mlrd. dollar həcmində qiymətləndirilib. İlk üçlüyü “Facebook”un rəhbəri Mark Tsukerberq tamamlayır - 19 mlrd. dollar.
12 ildir Nyu-York meri vəzifəsini tutan Maykl Blumberqin varidatı 31 mlrd. dollar, “Oracle”nin rəhbəri Larri Ellisonun sərvəti 41 mlrd. dollar təşkil edir. Sonrakı yerlərdə nigeriyalı milyarder Aliko Danqot (16,1 mlrd. dollar), “Softbank” internet şirkətinin rəhbəri Masayoşi San (9,1 mlrd. dollar), “Tesla Motors”un rəhbəri Elon Mask (6,7 mlrd. dollar), Tayvanın “Hon Hai Precision” şirkətinin başçısı Terri Qu (4,8 mlrd. dollar), britaniyalı milyarder Məhəmməd İbrahim (1,1 mlrd. dollar) gəlir.

Kaydol:
Kayıtlar (Atom)